Axtarışda olan 92 nəfər tutuldu 

10:10 22.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.